Yuxarı
    Bağlamaq

    AMB 600 mln. manatlıq not buraxır

    Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun qısamüddətli notlarının buraxılışlarını dövlət qeydiyyatına alıb.© Report.az

    Bakı. 12 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyunun 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd (100 mln. manatlıq) qısamüddətli notlarının buraxılışını 50100157S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

    Bu barədə “Report”a MBNP-dan bildirilib.

    Məlumatda deyilir ki, qurum tərəfindən həmçinin mayın 26-da AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd (500 mln. manatlıq) qısamüddətli notlarının buraxılışını 57S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

    Qiymətli kağızların tədavül müddəti 28 gündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi