AMB 600 mln. manatlıq not buraxır

AMB 600 mln. manatlıq not buraxır Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun qısamüddətli notlarının buraxılışlarını dövlət qeydiyyatına alıb.
Maliyyə
12 İyun , 2017 14:21
AMB 600 mln. manatlıq not buraxır
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyunun 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd (100 mln. manatlıq) qısamüddətli notlarının buraxılışını 50100157S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a MBNP-dan bildirilib.

Məlumatda deyilir ki, qurum tərəfindən həmçinin mayın 26-da AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd (500 mln. manatlıq) qısamüddətli notlarının buraxılışını 57S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qiymətli kağızların tədavül müddəti 28 gündür. 

Son xəbərlər

Orphus sistemi