AMB 550 mln. manatlıq not buraxır

AMB 550 mln. manatlıq not buraxır Qiymətli kağızların tədavül müddəti 35 gündür
Maliyyə
21 Fevral , 2017 11:26
AMB 550 mln. manatlıq not buraxır

Bakı. 21 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2 not emissiyasını dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 56S) və hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 50200853S), yəni ümumilikdə 550 mln. manatlıq notdan gedir.

Qiymətli kağızların tədavül müddəti 35 gündür.

Son xəbərlər

Orphus sistemi