Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirib.
Bu barədə "Report"a AMB-dən bildirilib.
Məlumata görə, hərracda tələb 165 mln. manat olsa da, faktiki olaraq 50 mln. manatlıq resurs cəlb edilib. Bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,59% təşkil edib.