AMB 5 banka 16,7 mln. dollar satıb

AMB 5 banka 16,7 mln. dollar satıb Kommersiya banklarının valyutaya tələbatı təklifin 8,3%-ni təşkil edib
Maliyyə
1 Fevral , 2016 14:33
AMB 5 banka 16,7 mln. dollar satıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. Nəticədə, AMB tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 5 bank tərəfindən məcmu tələb 16,670 mln. dollar (təklifin 8,34%-i) təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Son xəbərlər

Orphus sistemi