Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank: 2017-ci ildə əsas məqsəd makroiqtisadi sabitliyin təmin edilməsi olacaq

    Azərbaycan Mərkəzi Bankı yeni il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb

    Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB)2017-ci il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

    AMB-dən "Report"a verilən məlumata görə, sənəd Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" ilə müəyyənləşdirilmiş strateji inkişaf prioritetləri, ötən illərdə yeridilmiş siyasətin nəticələri, makroiqtisadi proqnozlar, habelə, potensial risklər nəzərə alınmaqla hazırlanıb.

    Sənəddə qeyd olunur ki, iqtisadi artımın baza şərti olan makroiqtisadi sabitliyin təmin edilməsi 2017- ci ildə də Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək. Maliyyə Sabitliyi Şurasının 2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planına, habelə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq AMB üzən məzənnəyə keçidi təmin etmək üçün müvafiq işləri həyata keçirəcək.

    "Makroiqtisadi sabitliyin təmin olunması istiqamətində fiskal, monetar, struktur, sosial və maliyyə sabitliyi siyasətləri istiqamətində kompleks tədbirlər həyata keçiriləcək. Bu tədbirlər tədiyə balansını və valyuta bazarını tarazlaşdırmaqla pul siyasətinin effektivliyinin artırılmasına və nəticədə, makroiqtisadi sabitliyin etibarlı qorunmasına yönəlmişdir", - deyə sənəddə vurğulanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi