Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək

Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək Bakı. 14 may. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən onlayn bank - “Bitbond” müştərilərinə bitkoin və digər kriptovalyutalarda kredit verəcək.
Maliyyə
14 May , 2018 17:22
Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək

Bakı. 14 may. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən onlayn bank - “Bitbond” müştərilərinə bitkoin və digər kriptovalyutalarda kredit verəcək. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu növ krediti bir neçə dəqiqəyə almaq mümkün olacaq. Daha sonra məbləğ avtomatik olaraq onu qəbul edən şəxsin ölkəsinin milli valyutasına mübadilə olunacaq. Bununla da, kriptovalyutanın məzənnəsinin dalğalanmasının qarşısı alınacaq. 

“Ənənəvi yolla pul çatdırılması bankların valyuta mübadiləsi üçün tutduqları komissiya ucbatından baha başa gəlir və bəzən bir neçə gün çəkir. “Bitbond”un köməyi ilə ödənişlər müştərinin harada olmasından asılı olmayaraq tez həyata keçiriləcək. Bu, internet vasitəsilə qısa zamanda və daha az komissiya ilə reallaşacaq” - deyə “Bitbond” platformasının icraçı direktoru Radoslav Albrext qeyd edib. 

Son xəbərlər

Orphus sistemi