Almaniyanın dövlət büdcəsinin profisiti son 28 ilin rekord həddinə çatıb

Almaniyanın dövlət büdcəsinin profisiti son 28 ilin rekord həddinə çatıb Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Almaniyanın dövlət büdcəsinin profisiti 48,1 mlrd. avro təşkil edib.
Maliyyə
24 Avqust , 2018 15:36
Almaniyanın dövlət büdcəsinin profisiti son 28 ilin rekord həddinə çatıb
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Almaniyanın dövlət büdcəsinin profisiti 48,1 mlrd. avro təşkil edib. 

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 mlrd. avro çox olmaqla 1990-cı ildən bəri rekord həddir. 

Almaniyanın Federal Statistika Agentliyi (Destatis) büdcə qalığının kəskin artmasını biznesin sürətli inkişafı və əmək bazarındakı əlverişli vəziyyətlə izah edib. 

Qeyd edək ki, 6 aylıq profisit ölkənin ümumi daxili məhsulunun 2,9%-i qədərdir. Bu ilin II rübündə Almaniya iqtisadiyyatı 0,5% böyüyüb. 

Son xəbərlər

Orphus sistemi