​Almaniyada beynəlxalq sığorta forumu keçirilib

​Almaniyada beynəlxalq sığorta forumu keçirilib “AtaSığorta” şirkəti Avropanın aparıcı təkrarsığorta təşkilatları əlaqələri genişləndirir
Maliyyə
31 Oktyabr , 2014 16:55
​Almaniyada beynəlxalq sığorta forumu keçirilib
Bakı. 31 oktyabr. REPORT.AZ/ Baden-Baden şəhərində (Almaniya) 37 ölkənin 91 şirkətinin 214 nümayəndəsinin qatıldığı “Təkrarsığortaçıların illik görüşü - 2014” adlı forum keçirilib. Azərbaycanı bu tədbirdə “AtaSığorta” ASC-nin rəhbərliyi təmsil edib. Bu barədə "Report"a şirkətin mərkəzi ofisindən məlumat verilib.

Görüşlərdə yeni tərəfdaşların tapılması, təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılıb.

“AtaSığorta”nın rəsmiləri təkrarsığorta şirkətlərindən "A" reytinqli "Hannover Re" və "Munich Re" (Almaniya), "Odyssey Re" (Fransa), "TriglavRe" (Sloveniya), "PolishRe" (Polşa), "AON Benfield" (Türkiyə və Çexiya nümayəndəliyi), "Lloyd’s"un brokerləri olan “RFIB Group Ltd.” (İngiltərə) və "TürkerBroker" (Türkiyə), həmçinin, “European Insurance and Reinsurance Brokers Llc.” (Rusiya), “Malakut Insurance Brokers” (Rusiya) və “Alwen Hough Johnson Ltd.” (İngiltərə) ilə obliqator və fakültativ əməkdaşlıq barədə müzakirələr aparıb. Görüşlərin nəticəsi olaraq mövcud tərəfdaşlıq əlaqələri gücləndirilib, gələcəkdə bir sıra təkrarsığorta şirkətləri və brokerlərlə iş üçün təməl qoyulub.

Son xəbərlər

Orphus sistemi