​Almaniya "Deutsche Bank"ı Rusiya bazarını tərk edir

​Almaniya "Deutsche Bank"ı Rusiya bazarını tərk edir Bank 23 min işçisini ixtisar edəcəyini bildirib
Maliyyə
15 Sentyabr , 2015 10:09
​Almaniya Deutsche Bankı Rusiya bazarını tərk edir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Almaniya "Deutsche Bank"ı 23 min işçisini ixtisar edəcəyini və Rusiyadakı fəaliyyətini dayandıracağını bildirib.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın ən böyük bankı ixtisar etməyi planlaşdırdığı işçilər əsasən texnologiya əməliyyatları həyata keçirənlər və törəmə qurum olan "Post Bank"ın əməkdaşlarıdır. Bununla da "Deutsche Bank" işçilərin 25%-ni ixtisar etmiş olacaq.

Bankın Rusiyadakı fəaliyyəti, bankçılıq xaricində olan qlobal əməliyyatlar tamamilə dayandırılacaq. Həmçinin, "Deutsche Bank" digər ölkələrdə də fəaliyyətinə son verəcək. Lakin bu ölkələr barədə hələ dəqiq məlumat yoxdur.

Qeyd edək ki, keçən həftə "Deutsche Bank"ın Rusiya filialının direktoru Yorq Bonqarts (Joerg Bongartz) istefa verib.

Son xəbərlər

Orphus sistemi