"Alibaba" daha 75 milyon səhmini kütləvi tədavülə buraxacaq

"Alibaba" daha 75 milyon səhmini kütləvi tədavülə buraxacaq Çinin elektron ticarət nəhəngi Alibaba şirkəti daha 75 milyon səhmini tədavülə buraxacaq.
Maliyyə
20 Noyabr , 2019 11:52
Alibaba daha 75 milyon səhmini kütləvi tədavülə buraxacaq

Çinin elektron ticarət nəhəngi "Alibaba" şirkəti daha 75 milyon səhmini tədavülə buraxacaq. 

"Report" bu barədə "CNN İnternational"a istinadən xəbər verir.

Məlumata görə, emitent həmin səhmlərin 12,5 milyonunu pərakəndə investorlara satmaq istəyir. Bununla belə, tələbatdan asIlı olaraq bu rəqəm 50 milyona qədər arta bilər.

"Alibaba" pərakəndə investorlar üçün qiymətin 188 HonKonq dollarından (24 ABŞ dolları) o yana keçməyəcəyini, institusional investorlar üçün qiymətin sabah açıqlayacağını bildirib.

Qiymətli kağızların yerləşdirilməsində noyabrın 26-dan Honkonq birjasında başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi