Bakı. 1 aprel REPORT.AZ/ "Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir".
"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir".