​Azərbaycan bank sisteminin aktivləri 22% artıb

​Azərbaycan bank sisteminin aktivləri 22% artıb Əhalinin banklardakı əmanətlərinin həcmində illik müqayisədə 10% artıb
Maliyyə
27 Dekabr , 2014 11:09
​Azərbaycan bank sisteminin aktivləri 22% artıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan bank sisteminin məcmu aktivləri illik 22,4% və ya 4,523 mlrd. manat artaraq 2014-cü il dekabrın 1-nə 24,707 mln. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, dekabrın 1-nə kredit qoyuluşlarının həcmi isə 17,627 mlrd. manat təşkil edib. Bu isə öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,0% və ya 2,815 mlrd. manat çoxdur.

Hesabata əsasən, bank sistemi üzrə məcmu kapital ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% və ya 818,3 mln. manat artaraq cari il dekabrın 1-nə 4,158 mlrd. manata çatıb.

Bu müddətdə əhalinin banklardakı əmanətlərinin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% və ya 666,8 mln. manat artım müşahidə edilib. Hesabata əsasən, cari il dekabrın 1-nə əhalinin bank əmanətlərinin həcmi 7,086 mlrd. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi