AKRA bu il Rusiya iqtisadiyyatının 1,4% böyüyəcəyini proqnozlaşdırır

AKRA bu il Rusiya iqtisadiyyatının 1,4% böyüyəcəyini proqnozlaşdırır Bakı. 16 yanvar. REPORT.AZ/ Optimist proqnoza əsasən, Rusiya iqtisadiyyatı 2019-cu ildə 1,4% böyüyə bilər. Bununla belə, neft bazarındakı xarici şokların təsiri ilə bu göstərici aşağı da ola bilər.
Maliyyə
16 Yanvar , 2019 12:16
AKRA bu il Rusiya iqtisadiyyatının 1,4% böyüyəcəyini proqnozlaşdırır

Bakı. 16 yanvar. REPORT.AZ/ "Optimist proqnoza əsasən, Rusiya iqtisadiyyatı 2019-cu ildə 1,4% böyüyə bilər. Bununla belə, neft bazarındakı xarici şokların təsiri ilə bu göstərici aşağı da ola bilər". 

“Report” xəbər verir ki, bunu Analitik Kredit Reytinq Agentliyinin direktoru (AKRA) Yekaterina Trofimova bildirib. 

Onun sözlərinə görə, bu il Rusiya iqtisadiyyatı xarici amillərin güclü təsirinə məruz qalacaq. 

“Baza proqnozumuzda bu il Rusiyaya qarşı sanksiyalarının həyata keçiriləcəyi və ABŞ-Çin ticarət müharibəsinin davam edəcəyi ehtimallları əks olunub. Bu müharibə Rusiya mallarına tələbatı azaldacaq. Lakin bütün bu mənfi ehtimallara baxmayaraq, ölkə iqtisadiyyatının 1,4% artmasını gözləyirik", - o deyib. 

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2019-cu ildə ümumi daxili məhsulun (ÜDM) artımının zəifləyəcəyini və 2018-ci ildəki 1,8%-dən 1,3%-ə enəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi