"Ak Yatırım" şirkəti "Petkim" üzrə proqnozlarını artırıb

"Ak Yatırım" şirkəti "Petkim" üzrə proqnozlarını artırıb "Ak Yatırım": "Petkim"in builki xalis mənfəəti ilə bağlı proqnozumuzu 599 mln. lirədən 722 mln. lirəyə artırmışıq
Maliyyə
12 Avqust , 2016 16:11
Ak Yatırım şirkəti Petkim üzrə proqnozlarını artırıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Ak Yatırım" şirkəti əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Petrokimya Holding A.Ş."-nin səhmlərinin birillik hədəf qiymətini 4,89 Türkiyə lirəsindən (TRY) 5,33 TRY-ə yüksəldib.

"Report" "Borsa gündəm" saytına istinadən xəbər verir ki, "Ak Yatırım" bununla bağlı hesabatında II rüb üzrə nəticələrin qısa müddətdə səhmlərin qiymətinə müsbət təsir edəcəyini qeyd edib.

"Petkim" bu ilin II rübündə 227 mln. TRY həcmində xalis mənfəət əldə edib. Bizim təxminimiz 155 mln. TRY, təxmini bazar gözləntisi isə 153 mln. TRY olub. Şirkətin bu ilin II rübündəki 245 mln. TRY faiz, amortizasiya, vergiöncəsi gəliri də proqnozumuzdan (195 mln. TRY), həm də bazar gözləntisindən (195 mln. TRY) yüksək olub", - deyə investisiya şirkətinin analitikləri bildiriblər.

Hesabatda qeyd olunub ki, etilen-nafta qiymət fərqini və şirkətin yaxşılaşan qiymətləmə qabiliyyətini də nəzərə alaraq, 2016-cı il üzrə faiz, amortizasiya, vergiöncəsi gəlir təxmini 778 mln. TRY-dən 927 mln. TRY-ə kimi artırılıb. "Ak Yatırım" həmçinin "Petkim"in bu il üçün xalis mənfəəti ilə bağlı proqnozunu dəyişdirərək 599 mln.TRY-dən 722 mln. TRY-ə yüksəldib.

Son xəbərlər

Orphus sistemi