Yuxarı

"Ak Yatırım" şirkəti "Petkim Holding" üzrə maliyyə proqnozlarını artırıb

Şirkət Petkimin səhmlərinin bazar dəyərini 4,13 lirədən 4,78 lirəyə yüksəldib

Bakı. 29 mart. REPORT.AZ/ "Ak Yatırım" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan "Petkim (PetroKimya) Holding A.Ş."nin səhmlərinin birillik bazar dəyərini 4,13 Türkiyə lirəsindən (TRY) 4,78 lirəyə yüksəldib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Ak Yatırım" hesabatında "Petkim"in 2016-cı ildə vergi, amortizasiya xərcləri, faiz öncəsi gəlir gözləntisini 498 mln. TRY-dən 628 mln. TRY-ə yüksəldib.

Hesabatda qeyd olunub ki, "Petkim"in xalis mənfəətinin 442 mln. lirə olacağı təxmin edilir. Bir qədər öncə isə bu göstərici təxminən 386 mln. lirə olub.

Hesabata əsasən, TRY/USD məzənnəsində yaşanan volatillik "Petkim"ə müsbət təsir edir: "Digər idxalçılarla müqayisədə məhsul təminatını daha qısa müddətdə həyata keçirdiyinə görə, rəqiblərinə nisbətən müştərilər bu şirkətə daha çox üstünlük verir. "Petkim"in əsas hissədarı olan "SOCAR Türkiyə" Əliağa yarımadasını enerji hasilatı, neft-kimya, logistika ilə inteqrasiya olunmuş sənaye mərkəzinə çevirməyi planlaşdırır. SOCAR-ın investisiya planı "Petkim"ə böyük üstünlük gətirəcək".

Sənəddə qeyd olunub ki, 2016-2019-cü illərdə orta hesabla vergi, amortizasiya, faiz öncəsi gəlir artımı ildə 10% olacaq və 307 mln. dollara çatacaq: "Şirkət "Petlim", külək enerjisi stansiyası, "Petkojen", "Star" neft emalı zavodu ilə 307 mln. dollar vergi, amortizasiya, faiz öncəsi gəlir əldə edə biləcək. Qarşıdakı müddətdə mütəmadi dividend ödəyicisi olacaq. "Petkim"in İdarə Heyətinin qərarı ilə iyunun 27-dən hər səhmə 0,315 lirə dividend ödənilməsi planlaşdırılır. Yüksək dividend ödənişlərinin qarşıdakı illərdə də davam etməsini gözləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi