Yuxarı

Avropa Komissiyası kriptovalyutalara nəzarətin yeni metodlarının hazırlanmasına başlayıb

​AK kriptovalyutalara nəzarətin yeni metodlarının hazırlanmasına başla

Avropa Komissiyası (AK) tətbiqi yeni imkanlar yaradan, lakin maliyyə sabitliyi üçün risk daşıyan kriptovalyutaların monitorinqi və onlara nəzarətin yeni metodların hazırlanmasına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin avro və sosial dialoq məsələləri üzrə müavini Valdis Dombrovskis cümə günü Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

"AK hazırda bu valyutaların Avropa İttifaqının mövcud tənzimləmə sisteminə nə dərəcədə uyğun olduğunu, Aİ-nin yeni xüsusi tənzimləmə tədbirlərinə ehtiyac duyub-dumadığını araşdırır. Məsələn, "Libra" elektron valyutasından danışırıqsa, bu valyutanın necə işləyəcəyini daha yaxşı başa düşmək üçün "Facebook"a xüsusi sorğular göndərmişik", - o deyib.

V.Dombrovskis həmçnin qeyd edib ki, "Libra" kriptovalyutası layihəsi banklar və maliyyə qurumlarına transsərhəd tranzaksiyalarının dəyərini və vaxtını azaltmaq zərurəti barədə xatırlatmadır.

Qeyd edək ki, Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən əvvəl Fransanın Maliyyə naziri Bruno Le Mer Aİ-nin öz dövlət rəqəmsal valyutasını yaratmağa və "Facebook"un kriptovalyutasından - "Libra"dan istifadənin qadağan olunmasını təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi