​AIIB üzv ölkələrə investisiya yatırmağa başlayır

​AIIB üzv ölkələrə investisiya yatırmağa başlayır İlk benefisiarların isə Pakistan və İndoneziya olacağı gözlənilir
Maliyyə
11 Yanvar , 2016 16:36
​AIIB üzv ölkələrə investisiya yatırmağa başlayır

Bakı. 11 yanvar. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) üzv ölkələrə kredit ayırımağa başlaya bilər. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, AIIB maliyyə ayıracağı sahələri də açıqlayıb.

Məlumata görə, Pakistan və İndoneziya AIIB-dən ilk kredit əldə edə biləcək dövlətlərdir. İndoneziyanın maliyyə naziri açıqlamasında bildirib ki, təmsil etdiyi ölkəyə ayrılacaq investisiya elektrik stansiyalarının tikintisinə xərclənəcək. O deyib ki, İndoneziya növbəti 5 ildə AIIB-ə 672,1 mln. dollar töhfə verə bilər.

AIIB Pakistana isə energetika, nəqliyyat, dəniz limanı və şəhərsalma üzrə layihələrin reallaşdırılması üçün maliyyə ayırmağı planlaşdırır.

Qeyd edək ki, kreditlərlə bağlı son qərarın AIIB-in İdarə Heyəti və Direktorlar Şurasının yanvarın 16-18-də keçiriləcək iclasında veriləcək.

Xatırladaq ki, iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.

Son xəbərlər

Orphus sistemi