Yuxarı

AIIB-ə yeni maliyyə direktoru təyin edilib

T. Lonqmar iki dəfə (2002-2004 və 2010-2011-ci illərdə) xəzinədar kimi çalışıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) keçmiş vitse-prezidenti Tierri de Lonqmar (Thierry de Longuemar) Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) maliyyə direktoru təyin edilib. “Report” xəbər verir ki, o, 2011-ci ilin noyabrında ADB-nin maliyyə və administrativ məsələlər üzrə vitse-prezidenti olub. Amma 2013-cü ilin yanvarında isə maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezident təyin edilib.

T. Lonqmarın vitse-prezident kimi səlahiyyəti 2014-cü ilin noyabrında daha iki il uzadılıb.

Onu da qeyd edək ki, T. Lonqmar iki dəfə (2002-2004 və 2010-2011-ci illərdə) xəzinədar kimi çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi