Aİ İrana qarşı ABŞ sanksiyalarından yayınmaq üçün qurum yaradacaq

Aİ İrana qarşı ABŞ sanksiyalarından yayınmaq üçün qurum yaradacaq Bakı. 25 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) əsas vəzifəsi ABŞ sanksiyalarından yayınmaqla İranla maliyyə əməliyyatları həyata keçirilməsini təmin etmək olacaq xüsusi maliyyə qurumu yaratmaq niyyətindədir.
Maliyyə
25 Sentyabr , 2018 11:10
Aİ İrana qarşı ABŞ sanksiyalarından yayınmaq üçün qurum yaradacaq
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) əsas vəzifəsi ABŞ sanksiyalarından yayınmaqla İranla maliyyə əməliyyatları həyata keçirilməsini təmin etmək olacaq xüsusi maliyyə qurumu yaratmaq niyyətindədir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini məlumat verib.

Bu bəyanat Nyu-Yorkda, F.Mogerininin Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran nümayəndələri ilə görüşündən sonra səslənib. Bu ölkələr rəsmi Tehranın ABŞ-ın birtərəfli qaydada çıxdığını elan etdiyi "nüvə sazişi"nin şərtlərini yerinə yetirdiyi qənaətindədir.

F.Mogerininin sözlərinə görə, yeni qurum Avropa şirkətlərinə Vaşinqtonun sanksiyalarına məruz qalmadan İranla iqtisadi əlaqələr qurmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi