Yuxarı

​AİİB yanvarda fəaliyyətə başlaya bilər

Bu ay Rusiya və Hindistanın müvafiq sənədləri imzalayacağı gözlənilir

Bakı. 3 dekabr. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) 2016-cı ilin yanvarın ortalarında rəsmən fəaliyyətə başlaya bilər. "Report" xəbər verir ki, bunu ötən gün Çin mediasına AİİB-in sədr müavini Çen Hun (Chen Hun) deyib.

AİİB rəsmisi deyib ki, artıq üzv ölkələrin yarıdan çoxu bankın əməliyyatlara başlaması ilə bağlı sənədləri ratifikasiya edib.

Məlumata görə, bu ay Rusiya və Hindistanın da həmin sənədləri imzalayacağı gözlənilir.

Dünya Bankına rəqib olacağı gözlənilən AİİB rəhbəri Cin Liqun (Jin Liqun) deyib ki, onlar kredit portfelinin həcmini illik 10-15 mlrd. ABŞ dollarına çatdırmağı düşünürlər. C.Liqun əlavə edib ki, ilk illərdə bank istiqrazlara 100-500 mln. dollar vəsait xərcləyəcək.

Qeyd edək ki, AİİB 2014-cü ilin oktyabrında 27 ölkənin imzası ilə Pekində (Çin) yaradılıb və kapitalının əsas hissəsinin infrastruktur layihələrinin reallaşdırılmasına ayrılacağı açıqlanıb. Azərbaycanın bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) səviyyəsində təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi