Yuxarı
    Bağlamaq

    ​AİF tender elan edib

    İlkin sənədlər iyulun 27-dək, təklif zərfləri isə avqustun 7-dək qəbul ediləcək

    Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) 2015-ci il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı tender elan edib. "Report"un AİF-in Satınalmalar Komissiyasına istinadən verdiyi məlumata görə, satınalmada iştirak haqqı 150 manatdır.

    Məlumatda satınalma üzrə ilkin sənədlər iyulun 27-dək, təklif zərfləri isə avqustun 7-dək qəbul ediləcək. Məsələ üzrə zərflərin avqustun 8-də AİF-in inzibati binasında saat 15:00-da açılacağı deyilir.

    Fondun əsasnaməsinə uyğun olaraq, AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcək.

    Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 151) nömrəli telefona zəng etmək olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi