AİF sığortaçı seçir

AİF sığortaçı seçir Qurum bu məqsədlə tender elan edib
Maliyyə
22 Fevral , 2017 09:15
AİF sığortaçı seçir

Bakı. 22 fevral. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) inzibati binasının və burada yerləşən əmlakının (Lot-1), eləcə də avtonəqliyyat vasitələrinin (Lot-2) sığortalanması üzrə tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, hər lot üzrə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 10-na qədər, tender təklifini isə martın 29-na qədər Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 40 ünvanına təqdim etməlidirlər. Telefon: (012) 441 24 23 (daxili 111);

Təkliflərə martın 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi