AİF istiqrazlarının növbəti partiyasını satışa çıxarmağa hazırlaşır

AİF istiqrazlarının növbəti partiyasını satışa çıxarmağa hazırlaşır Qiymətli kağızlar nominal dəyərindən baha təklif olunacaq
Maliyyə
14 Fevral , 2017 16:17
AİF istiqrazlarının növbəti partiyasını satışa çıxarmağa hazırlaşır

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 17-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 001,75 manat qiyməti ilə, kütləvi üsulla satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini noyabrın 21-də dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların gəlirliliyi illik 3%, onların tədavül müddəti 3 600 gün təşkil edir. Prosesin anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir. 

Son xəbərlər

Orphus sistemi