Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 24-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. AİF-in mətbuat xidmətindən Report"a verilən məlumata görə, istiqrazlar 100,8417 manat qiyməti ilə satışa çıxarılacaq.
İstiqrazları əldə etmək istəyən şəxslər Bakı Fond Birjasının üzvü və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi 2024-cü ilin 21 noyabr tarixi hesab edilir. Məlumata görə, təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat kimi isə Azərbaycan Mərkəzi Bankı qeyd edilib.
Xatırladaq ki,
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.