AİF-in müvəkkil qiymətləndiricilərinin sayı artıb

AİF-in müvəkkil qiymətləndiricilərinin sayı artıb Fondun müvəkkil bankları və sığorta şirkətlərinin sayı isə dəyişməyib
Maliyyə
19 Dekabr , 2016 13:11
AİF-in müvəkkil qiymətləndiricilərinin sayı artıb

Bakı. 19 dekabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil qiymətləndiricilərinin sayı artırılaraq 2-dən 7-yə çatdırılıb. Bu barədə “Report” AİF-ə istinadən xəbər verir.

Məlumata görə, bundan sonra Fondun müvəkkil bankları ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini "Biləndər" firması və "MBA Ltd." MMC ilə yanaşı, “İntegris”, “VETO-Consulting”, “AzİntellekServis”, “ERA Ltd.” və “Property” MMC-lərə də həvalə edə bilərlər.

AİF-in müvəkkil banklarının və sığorta şirkətlərinin sayı isə dəyişməyib. Hazırda 19 bank dövlət xətti ilə ipoteka krediti verir. Borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakını 15 şirkət sığortalayır. 

Son xəbərlər

Orphus sistemi