AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb

AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb Bu barədə Fond məlumat yayıb
Maliyyə
14 Mart , 2017 13:44
AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb

Bakı. 14 mart. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) ümumi həcmi 50 mln. manat olan adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi başa çatıb.

Bu barədə “Report” Fonda istinadən xəbər verir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının dövlət qeydiyyatına aldığı emissiya prospektinə görə, AİF dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqraz buraxıb. Qiymətli kağızların tədavül müddəti 3 600 gün, illik gəlirliliyi 3%-dir. 

Son xəbərlər

Orphus sistemi