AİF-in istiqrazlarının satışı üzrə bu il keçiriləcək ilk hərracın tarixi açıqlanıb

AİF-in istiqrazlarının satışı üzrə bu il keçiriləcək ilk hərracın tarixi açıqlanıb Fondun 10 mln. manatlıq qiymətli kağızları satışa çıxarılacaq
Maliyyə
24 Yanvar , 2017 15:11
AİF-in istiqrazlarının satışı üzrə bu il keçiriləcək ilk hərracın tarixi açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında yanvarın 27-də  "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 

Fonddan “Report”a verilən məlumata görə, qiymətli kağızlar nominal dəyərlə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası noyabrın 21-də AİF-in 50 mln. manatlıq, bu gün isə 10 mln. manatlıq istiqraz emissiyasını qeydə alıb. Qiymətli kağızların nominal dəyəri 1 000 manat, illik gəlirliliyi isə 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək.

Son xəbərlər

Orphus sistemi