AİF-in investisiya xidmətlərinə ehtiyacı yaranıb

AİF-in investisiya xidmətlərinə ehtiyacı yaranıb Fond bunun üçün tender keçirir
Maliyyə
10 Fevral , 2017 11:08
AİF-in investisiya xidmətlərinə ehtiyacı yaranıb

Bakı. 10 fevral. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə tender elan edib.

“Report” AİF-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 30 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 22-nə qədər, tender təkliflərini isə martın 6-na qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər (tel.: (012) 441 24 23 (daxili 145).

Tender proseduru martın 7-si, saat 15.00-da qeyd olunmuş ünvanda keçiriləcək. İddiaçılar prosesdə səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Bunun üçün azı 1 gün əvvəl Fonda müraciət etmək, həmin şəxsə vəkalətnamə təqdim etmək lazımdır.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi