Yuxarı

AİF: Dekabrda 12,2 mln. manat həcmində 263 ipoteka krediti verilib

İndiyədək verilən ipoteka kreditlərinin həcmi 632,5 mln. manata çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə müvəkkil banklar tərəfindən 2014-cü ilin dekabr ayında 12 220 340 manat həcmində 263 ipoteka krediti verilib.

"Report"un AİF-ə istinadən verdiyi xəbərə görə, bununla da indiyədək verilən ipoteka kreditlərinin həcmi 632 465 540 manata, ipoteka kreditlərinin sayı isə 15 829-a çatıb.

Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Hazırda 28 bank AİF-in müvəkkil kredit təşkilatları siyahısındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi