​AİF daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır

​AİF daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır Bir istiqrazın nominal dəyəri 1 000 manat, gəlirlik isə illik 3%-dir
Maliyyə
10 İyun , 2015 11:22
​AİF daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hərraca 5 mln. manat həcmində və 101,2417% qiyməti ilə istiqraz satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənilmə tarixi 2024-cü il noyabrın 21-nə təyin edilib. Qurum təqdim edilmiş sifarişlərin təklifdən çox olduğu halda sifarişlərin proporsional qaydada təmin ediləcəyini açıqlayıb və istiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların gəlirliliyi illik 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Məlumata görə, bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-dən başlanılıb və hərraca bu günədək 16 mln. manat həcmində istiqraz çıxarılıb.

Son xəbərlər

Orphus sistemi