AİF daha 20 mln. manatlıq istiqraz satıb

AİF daha 20 mln. manatlıq istiqraz satıb Bu gün BFB-də fondun qiymətli kağızlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Maliyyə
17 Fevral , 2017 17:30
AİF daha 20 mln. manatlıq istiqraz satıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dən “Report”a verilən məlumata görə, hərraca Fondun hər birinin nominal dəyəri 1 000 mana tolan 20 min ədəd istiqrazı çıxarılıb. Qiymətli kağızların hərrac qiyməti 1 001,75 manat müəyyən edilib və onlar tam həcmdə yerləşdirilib.

Proses “Paşa Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub.

İstiqrazların ödəmə tarixi 6 dekabr 2026-cı ildir.

Son xəbərlər

Orphus sistemi