Yuxarı

AİF: "Bank Technique"də ödənişlərin dayandırılması texniki məsələ ilə bağlıdır

Bank Technique ASC e-İpoteka sisteminə inteqrasiya prosesinin son mərhələsindədir

Bakı. 5 avqust. REPORT.AZ/ "Bank Technique" ASC-də dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə ödənişlərin qəbulunun dayandırılması bankın hazırkı durumu ilə əlaqədar deyil. Azərbaycan İpoteka Fondundan "Report"a bildirilib ki, bu ödənişlərin dayandırılması texniki məsələ ilə bağlıdır.

"Bank Technique" ASC "Elektron İpoteka" sisteminə inteqrasiya prosesinin son mərhələsindədir. Digər bütün banklarda bu proses artıq yekunlaşıb. "Bank Technique"də də bu proses yekunlaşmaq üzrədir", - Fonddan bildirilib

Nağd ödənişlərin belə qəbul olunmamasına gəlincə, Fonddan qeyd ediblər ki, qurulan sistem hətta bank tərəfindən qəbul edilən ödənişin də sistemə vurulmasına yol açır. Ona görə də keçid mərhələsi başa çatdıqdan sonra ödənişlərin qəbul edilməsinə başlanacaq.

Bildirək ki, artıq bu ilin əvvəlindən ipoteka ödənişlərinin onlayn ödəniş sisteminə keçilib, ödənişi hökumət ödəniş portalı vasitəsilə, həmçinin "Azərpoçt"un şöbələrində, ödəniş kartları ilə nağdsız həyata keçirmək mümkündür: "Elektron İpoteka" sistemində məqsəd Fondun nəzarət sisteminin gücləndirilməsidir".

"Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də son vaxtlar bankın bağlanacağı ilə bağlı yayılan xəbərləri şayiə adlandıraraq bankın gələn həftə ərzində bununla bağlı ictimaiyyətə açıqlama verəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi