Yuxarı
    Bağlamaq

    AİF 25 mln. manatlıq istiqraz yerləşdirib

    Bu gün Bakı Fond Birjasında fondun qiymətli kağızlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

    Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin ISIN nömrəsi AZ2019008682 olan faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.

    Qiymətli kağızlar 1 008,83 manatdan təlif olunub və hamısı satılıb.

    Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

    İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi