AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

AİF 10 mln. manatlıq istiqraz yerləşdirib Qiymətli kağızların ödəmə tarixi 18 dekabr 2037-cı ildir
Maliyyə
4 May , 2017 17:22
AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2015008686) nominal qiymətlə həcmi 10 mln. manat təşkil edib.

İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1 002,33 manat olub.

İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10 040 000 manat təşkil edib. İstiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

Qiymətli kağızların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər

Orphus sistemi