AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

AİF 10 mln. manatlıq istiqraz yerləşdirib Bu gün Bakı Fond Birjasında ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Maliyyə
8 İyun , 2017 16:51
AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 10 mln. manatlıq faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının (ISIN nömrəsi AZ2017008684) yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, nominal dəyəri 1 000 manat olan qiymətli kağızlar1 005,25 manat qiyməti ilə satışa çıxarılıb.

İsiqrazlar üzrə toplanmış tələbin həcmi 10 mln. manat təşkil edib və hərraca çıxarılmış qiymətli kağızlar tam yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü olan “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-ci ildir.

Son xəbərlər

Orphus sistemi