Aİ dövlət maliyyəsinin idarə edilməsində Azərbaycana dəstək verib

Aİ dövlət maliyyəsinin idarə edilməsində Azərbaycana dəstək verib Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinə dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılması, beynəlxalq audit standartlarının tətbiqi sahələrində dəstək verib.
Maliyyə
20 Noyabr , 2017 15:49
Aİ dövlət maliyyəsinin idarə edilməsində Azərbaycana dəstək verib
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinə dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılması, beynəlxalq audit standartlarının tətbiqi sahələrində dəstək verib.

"Report" xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məlumat verib. 

Onun sözlərinə görə, 2008-ci ildən sözügedən sahələrdə həm mütləq, həm də nisbi baxımdan müsbət irəliləyişlər əldə olunub: "Hazırda Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və bunun üçün də qabaqcıl təcrübələr axtarılır. Aİ bu təcrübələrin tətbiqində ölkə ilə yaxından əməkdaşlıq edir. Hesabatlılıq xüsusilə də islahat dövründə, dövlət maliyyəsi məhdud olduqda önəmlidir. Səmərəli audit dövlət vəsaitinin idarə edilməsi üçün həlledici xarakter daşıyır"

Bundan başqa, diplomat bildirib ki, hazırda Aİ ilə Azərbaycan arasında 8 tvinninq layihəsinin icrasına hazırlıq gedir: "Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" ilk tvinninq layihəsidir və Avropa standartlarını Azərbaycana gətirəcək. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında tvinninq layihələri üzrə liderdir. İndiyə qədər ölkədə 46 tvinninq layihəsi həyata keçirilib,13 tvinninq layihəsi icra olunur, 8-nin icrasına isə hazırlıq gedir".

Son xəbərlər

Orphus sistemi