"Ağstafa Avtonəqliyyat"ın səhmləri 2 dəfə bahalaşıb

"Ağstafa Avtonəqliyyat"ın səhmləri 2 dəfə bahalaşıb Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Maliyyə
27 Dekabr , 2016 14:43
Ağstafa Avtonəqliyyatın səhmləri 2 dəfə bahalaşıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Ağstafa Avtonəqliyyat" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 60 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 1 manat olsa da, onlar 2 dəfə baha - 2 manata alınıb-satılıb.

Xatırladaq ki, "Ağstafa Avtonəqliyyat" ASC 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 25 730 manatdır.

Son xəbərlər

Orphus sistemi