Yuxarı

“AGBank”ın zərəri 83% azalıb

​“AGBank”ın zərəri 83% azalıb

“AGBank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 471,62 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,3% azdır.

“AGBank”ın aktivlərinin 199,632 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,5% kiçilib.

Hesabat dövründə “AGBank”ın cəmi öhdəlikləri 5,4% azalaraq 420,369 milyon manat, o cümlədən depozit portfeli 1,9% artaraq 222,833 milyon manat, cəmi kapitalı isə 18,7% artaraq 51,252 milyon manat olub.

Bu ilin yanvar-iyun aylarında “AGBank”ın əməliyyat gəlirləri 21,867 milyon manat (8% az), əməliyyat xərcləri 27,302 milyon manat (1,8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,968 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 432 min manat (2,7 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 897 min manat zərərlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 82,5% azdır. 

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi