“AGBank”ın zərəri 78% artıb

“AGBank”ın zərəri 78% artıb Bakı. 30 aprel. REPORT.AZ/ “AG Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 0,3% azalaraq 2018-ci il aprelin 1-nə 504 289 min manata çatıb.
Maliyyə
30 Aprel , 2018 10:56
“AGBank”ın zərəri 78% artıb

Bakı. 30 aprel. REPORT.AZ/ “AG Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 0,3% azalaraq 2018-ci il aprelin 1-nə 504 289 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi illik 3,3% azalaraq bu il aprelin 1-nə 236 484 min manat təşkil edib. Bildirək ki, kredit portfelinin 72 376 min manat və ya 31%-i xarici valyutadadır.

Cəmi öhdəliklər illik 1,5% artaraq 460 414 min manat, o cümlədən depozit portfeli illik 10% artaraq 231 601 min manat olub. Hesabata əsasən depozitlərin170 925 min manat və ya 74%-i xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbləri illik 11% azalaraaq 45 mln. manatdan 40 mln. manata düşüb. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 102 200 min manat, cəmi kapitalı 43 875 min manat təşkil edib. 

Bank 2018-ci ilin birinci rübü ərzində 3 224 min manat zərər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 4 949 min manat, qeyri-faiz gəlirləri 6 400 min manat, faiz xərcləri 4 804 min manat, qeyri-faiz xərcləri 8 814 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi