Yuxarı
    Bağlamaq

    "AGBank"ın sədr müavini işdən çıxıb

    Hazırda bankın İdarə Heyəti 3 nəfərdən ibarətdir

    Bakı. 8 avqust. REPORT.AZ/ "AGBank" ASC-nin rəhbərliyində dəyişiklik olub. "Report" xəbər verir ki, Bankın İdarə Heyətinin (İH) sədr müavini Tokay Əlizadə işdən çıxıb.

    Hazırda "AGBank"ın İH-nin sədri vəzifəsini Əfqan Cəlilov icra edir. İH-nə həmçinin Səkinə Xələfova və Elnur Musayev daxildir.

    Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, sonradan rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqoriy Marçenkoya, 5,79%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi