"AGBank"ın Müşahidə Şurasının tərkibi dəyişib

"AGBank"ın Müşahidə Şurasının tərkibi dəyişib Yaxın gələcəkdə Bankın strukturunda yeni dəyişikliklər gözlənilir
Maliyyə
13 Aprel , 2016 11:02
AGBankın Müşahidə Şurasının tərkibi dəyişib

Bakı. 13 aprel. REPORT.AZ/ "AGBank"ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda Audit Komitəsi və İdarə Heyətinin hesabatı dinlənilib, 2015-ci il üçün maliyyə hesabatları təsdiq olunub. Sonda isə səsvermə nəticəsi ilə Bankın Müşahidə Şurası və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib. 

"Report"un verdiyi xəbərə görə, Mixail Fransev Audit Komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı kimi İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib. İdarə Heyətinin qalan tərkibi dəyişilməz qalıb:

Müşahidə Şurasının yeni tərkibi:

1. Əsədullayev Çingiz Rauf - sədr

2. Yusifov Fərzulla İsmail - üzv

3. Qriqoriy Marçenko - üzv

4. Mövsümov Azər - üzv

5. Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi - üzv

Audit Komitəsinin yeni tərkibi:

1. Baxışov Fikrət - sədr

2. Çoxlayev Asif - üzv

3. Fransev Mixail - üzv

İdarə Heyətinin yeni tərkibi:

1. Cəlilov Əfqan - sədrin vəzifələrini müvəqqəti icra edən

2. Tokay Əlizadə - sədrin müavini

3. Səkinə Xələfova - üzv

4. Elnur Musayev - üzv

Qeyd edək ki, yaxın gələcəkdə də bankın strukturunda dəyişikliklər gözlənilir.

Xatırladaq ki, bundan əvvəl 4 mart 2016-cı il tarixində səhmdarların növbədənkənar ümumi yığıncağında nizamnamə kapitalının artırılması qərara alınıb. Qəbul olunan bu qərarın icrası nəticəsində "AGBank"ın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.

Son xəbərlər

Orphus sistemi