Yuxarı

"Həzz Kart" sahibləri üçün nağdlaşdırma kampaniyası keçirilir

Nağdlaşdırma kampaniyası yanvarın 4-dək davam edəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ "AGBank" ASC "Həzz Kart" istifadəçiləri dekabrın 30-dan yanvarın 4-dək kartları ilə 300 manatadək nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, üç aylıq opsiya üzrə nağdlaşdırmanın komissiya haqqı 5% təşkil edir. Yəni müştərilər 300 manat nağdlaşdırma etdiyi halda üç ay ərzində banka 315 manat (5% nağdlaşdırmaya görə komissiya ilə birgə) vəsaiti hər ay 105 manat ödəməklə geri qaytarmalıdır.

"Həzz Kart" "AGBank" tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsilə alınan mal və ya xidmətlərin dəyəri aylara (1, 3, 6, 12, 18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. "Həzz Kart" bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsilə istifadə oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi