"AGBank" gələn ildən lizinq bazarına qayıdır

"AGBank" gələn ildən lizinq bazarına qayıdır Maliyyələşdirmə üçün korporativ istiqrazların emissiyası nəzərdə tutulmayıb
Maliyyə
7 Oktyabr , 2016 10:54
AGBank gələn ildən lizinq bazarına qayıdır

Bakı. 7 oktyabr. REPORT.AZ/ "AGBank" ASC-nin səhmdarı olduğu "AGLeasing" QSC yaxın aylarda fəaliyyətini bərpa edəcək. Bu barədə "Report"a açıqlamasında Şirkətin İdarə Heyətinin sədri İbrahim Əsədov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət təxminən yarım ildir ki, ancaq yığımla məşğuldur: "Yəgin ki, bu ilin sonuna, gələn ilin əvvəlinə yenidən lizinq yolu ilə maliyyələşdirməni davam etdirəcəyik. Bazardakı vəziyyətə uyğun olaraq müştərilərimizə məhsul və xidmətlər təklif edəcəyik".

İ.Əsədov onu da qeyd edib ki, "AGLeasing" maliyyələşdirmə üçün digər lizinq şirkətləri kimi istiqraz buraxmağı planlaşdırmır: "Maliyyə vəsaiti yəqin ki, "AGBank" vasitəsilə təmin ediləcək".

Xatırladaq ki, "AGLeasing" şirkəti 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "AGBank"a, qalan 60%-i isə hər biri 30% olmaqla 2 xarici şirkətə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi