​"AGBank" filialdakı yanğınla bağlı açıqlama yayıb

​"AGBank" filialdakı yanğınla bağlı açıqlama yayıb Yanğınla əlaqədar olaraq müştərilərin hələlik digər filiallara müraciət etməsi xahiş olunur
Maliyyə
13 Yanvar , 2016 11:47
​AGBank filialdakı yanğınla bağlı açıqlama yayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "AGBank" ASC-nin "Elmlər" filialında bu gün baş vermiş yanğınla əlaqədar olaraq müştərilərin hələlik digər filiallara müraciət etməsi xahiş olunur. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda filialda xırda təmir işləri aparılır və qısa vaxt ərzində başa çatması nəzərdə tutulub: "AGBank" yaranan narahatçılığa görə filial müştərilərindən üzr istəyir və müvəqqəti olaraq bankın digər filiallarına müraciət etməyi xahiş edir".

Qeyd edək ki, yanvarın 13-də səhər saatlarında qısa qapanma nəticəsində "AGBank" ASC-nin “Elmlər” filialında yanğın baş verib. Lakin bankın əməkdaşları və yanğınsöndürmə xidmətinin təcili müdaxiləsi nəticəsində xoşagəlməz hadisə ətrafa güclü ziyan vurmayıb. Server və kassa şəbəkəsi işlək vəziyyətdədir. 

Son xəbərlər

Orphus sistemi