“AG Bank” yenidən AMB-dən borclanmağa başlayıb

“AG Bank” yenidən AMB-dən borclanmağa başlayıb Bakı. 24 oktyabr. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri illik 2,3% artaraq bu il oktyabrın 1-nə 522,019 mln. manat təşkil edib.
Maliyyə
24 Oktyabr , 2018 13:14
“AG Bank” yenidən AMB-dən borclanmağa başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri illik 2,3% artaraq bu il oktyabrın 1-nə 522,019 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

2018-ci il oktyabrın 1-nə Bankın kredit portfeli 0,6% artaraq 285,093 mln. manata düşüb. Bunun da 119,007 mln. manatını və yaxud 42%-ni xarici valyuatada olan kreditlər təşkil edib. Kredit portfelinin 52%-nin vaxtı keçib.

Hesabat dövründə "AGBank"ın cəmi öhdəlikləri 4,7% artaraq 480,001 mln. manat olub. Banklar və maliyyə institutları istisna olmaqla, Bankın depozit portfeli 14% artaraq 246,792 mln. manat təşkil edib. Bunun da 191,577 mln. manatı və yaxud 77,6%-i xarici valyutada yerləşdirilmiş depozitlər olub. Azərbaycan Mərkəzi Bankının "AGBank"a qarşı tələbləri bu il oktyabrın 1-nə 45 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat tarixinə Bankın nizamnamə kapitalı 103,400 mln. manat, cəmi kapitalı 42,018 mln. manat, məcmu kapitalı 40, 381 mln. manat olub.

Bank bu ilin yanvar-sentyabr ayları ərzində 6,122 mln. manat zərər edib. Bankın faiz gəliri 13,700 mln. manat, faiz xərci 12,996 mln. manat, qeyri-faiz gəliri 23,464 mln. manat, qeyri-faiz xərcləri 27,328 mln. manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın zərəri 1,699 mln. manat olub. 

Son xəbərlər

Orphus sistemi