"AG Bank" ötən ili 36 mln. manat zərərlə tamamlayıb

"AG Bank" ötən ili 36 mln. manat zərərlə tamamlayıb Bakı. 23 yanvar. REPORT.AZ/ "AG Bank" ASC-nin aktivləri illik müqayisədə 5,3% artaraq 2017-ci il yanvarın 1-nə 520 003,15 min manata çatıb. "Report...
Maliyyə
23 Yanvar , 2017 13:07
AG Bank ötən ili 36 mln. manat zərərlə tamamlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ "AG Bank" ASC-nin aktivləri illik müqayisədə 5,3% artaraq 2017-ci il yanvarın 1-nə 520 003,15 min manata çatıb. "Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il müştərilərə 292 226,84 min manat həcmində verilən kreditlərin həcmi 21,4% azalaraq bu ilin əvvəlinə 292 226,8 min manata düşüb. Kreditlərin 108 821,5 min manatı və ya 37,2%-i xarici valyutada verilib.

Cari il yanvarın 1-nə Bankın depozit portfeli 216 275,6 min manat təşkil edib ki, bunun da 188 582,7 min manatı 87,2%-i xarici valyutada yerləşdirilib. Nizamnamə kapitalı 4,1 dəfə artaraq 2017-ci ilin əvvəlinə 102 200 min manat olub.

"AG Bank" ötən il ərzində 35 629 ,6 min manat həcmində xalis zərər edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bank ötən il ərzində 1 482,76 min manat əməliyyat mənfəəti əldə edib. Bankın ötən ili zərərlə yekunlaşdırması isə onun aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 36 969,9 min manat ayırması səbəb olub.

Son xəbərlər

Orphus sistemi