"AG Bank"ın aktivləri illik 13% azalıb

"AG Bank"ın aktivləri illik 13% azalıb Bakı. 13 iyul REPORT.AZ/ “AG Bank” ASC-nin aktivləri illik müqayisədə 13,3% azalaraq cari il iyulun 1-nə 502,653 mln. manat təşkil edib. Bu mü...
Maliyyə
13 İyul , 2017 17:14
AG Bankın aktivləri illik 13% azalıb

Bakı. 13 iyul REPORT.AZ/ “AG Bank” ASC-nin aktivləri illik müqayisədə 13,3% azalaraq cari il iyulun 1-nə 502,653 mln. manat təşkil edib. Bu müddətdə kredit poretfeli də kiçilib. Belə ki, müştərilərə verilən kreditlərin həcmi illik 16,60% azalaraq iyulun 1-nə 284,489 mln. manat olub. Portfelin 104,431 mln. manatı və ya 36,71%-i xarici valyutada verilən kreditlərin payına düşüb. Cəmi kreditlərin 143,852 mln. manat və ya 50,57%-nin ödəniş vaxtı keçib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cəmi öhdəliklər isə 10,63% azalaraq iyulun 1-nə 450,325 mln. manata enib. Depozit portfeli 21,39% azalaraq 222,696 mln. manat təşkil edib. Depozitlərin 181,916 mln. manatı və ya 81,69%-i xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının "AG Bank"a tələbləri dəyişməyərək 45 mln. manat səviyyəsində qalıb.

Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 102,2 mln. manat, cəmi kapitalı 52,329 mln. manat təşkil edib.

Qeyd olunur ki, “AG Bank” ASC cari ilin yanvar-iyun ayları ərzində 1,575 mln. manat zərər edib. Bu müddətdə gəlirlər 27,433 mln. manat, xərclər 28,39 mln. manat olub. Belə ki, faiz gəlirləri 12,281 mln. manat, qeyri-faiz gəlirləri 15,152 mln. manat, faiz xərcləri 11,776 mln. manat, qeyri-faiz xərcləri 16,615 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi