"AG Bank" filial şəbəkəsini genişləndirir

"AG Bank" filial şəbəkəsini genişləndirir "AG Bank"ın regional şöbəsi artıq filial kimi fəaliyyət göstərəcək
Maliyyə
15 Aprel , 2015 19:15
AG Bank filial şəbəkəsini genişləndirir

Bakı. 15 aprel. REPORT.AZ/ "AG Bank" ASC istifadəçilərin ehtiyaclarını nəzərə alaraq xidmət sahəsini genişləndirir. Bank 2008-ci ildə Bərdə şəhərində fəaliyyətə başlayan şöbəsini böyüdərək filiala çevirib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, Heydər Əliyev prospekti,83 ünvanında fəaliyyətə başlayan filial müasir avadanlıqlarla təchiz edilib və bütün növ bank xidmətlərini göstərir. Filialda müştərilərə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstərilir.

Qeyd edək ki, Bərdə filialı həmçinin Tərtər, Beyləqan, Yevlax, Ağcabədi, İmişli əhalisinə də xidmət göstərir. Filial bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi