Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri "Report"da olub

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri "Report"da olub Assosiasiyanın rəhbəri Ceyhun İbrahimov "Report"un redaktor heyəti və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb
Maliyyə
14 Aprel , 2016 12:41
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri Reportda olub

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov və Assosiasiyanın əməkdaşı Əli Hüseynli "Report" İnformasiya Agentliyinin redaksiyasında olublar.

Əvvəlcə qonaqlar Agentliyin müxtəlif şöbələrinin iş fəaliyyəti ilə tanış olub, "Report"un redaktor heyəti və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüblər.

Agentliyin baş redaktoru Murad Əliyev görüşdə "Report"un fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, Agentlik regionda və dünyada baş verən iqtisadi prosesləri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının fəaliyyəti, qiymətli kağızlar bazarında baş verən dəyişiklikləri geniş işıqlandırır.

Öz növbəsində C.İbrahimov təmsil etdiyi qurumun Azərbaycan qiymətli kağızlar bazarının inkişafında maraqlı olduğunu açıqlayıb: “Bu gün dövlət də qiymətli kağızlar bazarının inkişafında maraqlıdır. Bu sahədə ən əsas problemlərdən biri şəffaflıqla bağlıdır. Şəffaflıq olan yerdə şirkət özü sağlam olur, investorlar da sərbəst qərar verə bilir. Bu gün hər hansı şirkətin IPO həyata keçirmək istədikdə problem yaranır. Çünki şəffaflıq olmadılğına görə nə şirkət onu edə bilir, nə də investor ona vəsait cəlb edə bilir. Yekunda şirkət yüksək faizlə kredit cəlb edir və borclanır”.

"Report"da əməkdaşlar və effektli iş prosesi üçün yaradılan şəraitdən məmnun qaldığını açıqlayan AFBİA rəsmisi Agentliyə işində uğurlar arzulayıb və gələcəkdə informasiya sahəsində geniş əməkdaşlıq qurulacağına ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi